Rusiya həndbolçuları finala çıxdı

Rusiya həndbolçuları finala çıxdı

Rusiyanın qadınlardan ibarət həndbol yığması (17 yaşadək) Polşada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. Siasportun verdiyi xəbərə görə, yarımfinalda Portuqaliya yığmasına qalib gələn rusiyalılar avqustun 25-də finalda İsveç komandası ilə qarşılaşacaq. Bürünc medal uğrunda Danimarka və Portuqaliya idmançıları mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə