İspaniyanın "Real" komandasının hücumçusu Xabi Alonso üzərində aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Bu barədə Siasport xəbər verir. Klubun rəsmi saytında onun avqust ayının 21-də klubun bazasında keçirilən məşqdə zədə aldığı bildirilir. Həkimlər müayinə zamanı onun sağ ayağının daban hissəsində sümük sınıqlarının olduğu aşkar edib və futbolçuya əməliyyat olunmaq məsləhət görülüb.
Qeyd edək ki, 2009-2013-cü illərdə 180 matçda meydana çıxıb və 6 qolun müəllifi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB