Naxçıvanın "Araz" klubu gələn həftə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Xəbər verilir ki, I divizion təmsilçisi "Ərzurumspor" klubunun idman bazasında hazırlıq keçəcək.
Baş tutacaq toplanışda komanda 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırıb. Avqustun 27-də yerli "Ərzurumspor"la qarşılaşacaq "Araz" 2 gün sonra "Çaykur Rizəspor"la görüşəcək. 10 günlük Ərzurum hazırlığının ardından "Araz" Naxçıvana geri dönərək məşqlərini yerli arenada bərpa edəcək.
Qeyd edək ki, "Araz" hazırda məşqlərini Naxçıvan şəhər stadionunda davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB