Rusiyanın "Zenit" klubu "Benfika"nın paraqvaylı hücumçusu Oskar Kardozonun transferi ilə bağlı danışıqları davam etdirir. Siasportun verdiyi xəbərə görə, ilkin razılaşmaya əsasən oyunçu ilə 3 illik müqavilə imzalanacaq və onun illik əmək haqqı 3 milyon avro təşkil edəcək. Lakin "Benfika" "Zenit"in transfer üçün 8 milyon avro təklifi ilə hələlik razılaşmayaraq 15 milyon avro tələb edir.
Kardozo "Benfika"da 2007-ci ildən çıxış edir. Portuqaliya çempionatında 160 matçda 105 qol vurub.
Qeyd edək ki, "Fənərbaxça" da Kardozonun transferi ilə yaxından maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB