Rusiya yığması yarımfinala çıxıb

Rusiya yığması yarımfinala çıxıb

Rusiyanın qadınlardan ibarət (17 yaşadək) həndbol yığması Polşada keçirilən Avropa çempionatının yarımfinalına çıxıb. Siasportun verdiyi xəbərə görə, turnirin ikinci mərhələsində Norveç yığmasına 35:27 hesabla qalib gələn rusiyalılar avqustun 23-də yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinala İsveç, Norveç və Xorvatiya yığmaları da vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə