Villian “Tottenhem”ə keçir

"Anji" (Mahaçqala) klubunun braziliyalı yarımmüdafiəçisi Villian "Tottenhem"in bazasında tibbi müayinədən keçib. Bu barədə Siasport xəbər verir. Yaxın 2 gündə futbolçu ilə "Tottenhem" arasında 5 illik müqavilə bağlanacaq. Klub onun transferinə 30 miyon avro vəsait sərf etməli olacaq. Villian bu ilin yanvarında Ukraynanın "Şaxtyor" komandasından "Anji"yə keçmişdi. "Anji"də 4 matçda iştirak edib və qolla nəticələnən 2 ötürmənin müəllifidir.

Villian braziliyalı Paulinyo (17 milyon funt sterlinq) və ispaniyalı Soldadodan (26 milyon funt sterlinq) sonra yay transferi çərçivəsində "Tottenhem" klubuna qəbul edilən 3-cü oyunçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə