"Barselona" klubunun rəhbərliyi "Real"ın və İspaniya yığmasının qolkiperi İker Kasilyasla baş məşqçi Karlo Ançelotti arasında yaranmış konfliktin nə vaxt və hansı nəticə ilə başa çatacağını diqqətdə saxlayır. Siasportun verdiyi xəbərə görə, əgər tərəflər arasında yaranmış konflikt öz həllini tapmazsa, "Barselona" klubu 32 yaşlı Kasilyasın transferi ilə məşğul olacaq. Çünki, "Barsa"nın hazırki qapıçısı Viktor Valdeslə klub rəhbərliyi arasında mövcud olan müqavilənin müddətinin uzadılması barədə hələlik razılıq əldə olunmayıb və qapıçı istənilən vaxt klubu tərk edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB