Dünya çempionatının biletləri satışa çıxarılıb

Dünya çempionatının biletləri satışa çıxarılıb

2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb. Siasportun verdiyi xəbərə görə, çempionatda iştirak etmək istəyənlər avqustun 20-dən oktyabrın 10-a kimi FİFA-nın rəsmi saytına daxil olaraq bilet sifariş verə bilərlər. Sifariş təsdiq olunsa, biletin dəyərinin ödənilməsi tələb olunur. Satışa cəmisi 3 milyon bilet çıxarılıb. Biletlərin qiyməti xarici vətəndaşlar üçün 90 dollardan 990 dollara qədərdir. Braziliyalı tələbələr və yaşı 60-dan yuxarı olanlar biletləri 15 dollara əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə