Almanlar "Qarabağ"ı udub yaxşı pul qazanmaq istəyirlər

Almanlar "Qarabağ"ı udub yaxşı pul qazanmaq istəyirlər

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt"ın maliyyə məsələləri üzrə direktoru Axel Helmann maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, Almaniya mətbuatına verdiyi açıqlamada A.Helmann bildirib ki, həm qrupa düşmək, həm də yaxşı pul qazanmaq istəyirlər: "Bu, həm klub, həm futbolçular, həm də azarkeşlər üçün böyük bayram olar. Əgər "Qarabağ"ı keçib qrupda oynamağa vəsiqə əldə etsək, o zaman ən azı beş milyon avro qazanacağıq. Bu vasait isə əlavə məsələləri yoluna qoymaq üçün klubumuzun büdcəsinə yönəldiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə