AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb. Siasportun verdiyi xəbərə görə, avqustun 30-da, Çexiyanın paytaxtı Praqa şəhərindəki Eden stadionunda keçiriləcək UEFA Super Kuboku uğrunda matçın UEFA nümayəndəsi Elxan Məmmədov olacaq.
Qeyd edək ki, Super Kubok uğrunda oyunda Çempionlar Liqasının son qalibi "Bayern" (Münxen, Almaniya) və ötən mövsüm UEFA Avropa Liqasının çempionu olmuş "Çelsi" (London, İngiltərə) klubları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB