"Barselona"nın futbolçusu sabah əməliyyat olunacaq

"Barselona"nın futbolçusu sabah əməliyyat olunacaq

"Barselona"nın hollandiyalı futbolçusu İbrahim Afellay, sabah əməliyyat olunacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə katalon klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, əməliiyyatın nəticəsindən asılı olaraq, gənc futbolçunun nə zaman yaşıl meydanlara dönəcəyi və gələcək koreyrası ilə bağlı qərarın nə olacağı sonra məlum olacaq. Məlumatda qeyd olunur ki, 27 yaşlı futbolçunun sağ dizindəki köhnə zədə yenidən şiddətli ağrılara səbəb olub və həkimlərin rəyinə əsasən hollandiyalı futbolçu dizindən yenidən əməliyyat olunmaq məcburiyyətindədir. Xatırladaq ki, İ.Afalley 2011-ci ildə "PSV Endhoven"dən "Barselona"ya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə