"İmperator" Türkiyə millisinin sükanı arxasına keçir?

"İmperator" Türkiyə millisinin sükanı arxasına keçir?

Abdullah Avcının istefasından sonra, yenidən gözlər kimin futbol üzrə Türkiyə millisinin sükanı arxasına keçəcəyinə yönəlib. Siasport.az saytı xəbər verir ki, həm Türkiyə Futbol Federasıiyası (TFF), həm də Türkiyə mətbuatı "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin millinin sükanı arxasına keçməsi ilə bağlı müzakirələrə başlaybılar. Həttda TFF prezidenti Yıldırım Dəmirörənin bu məqsədlə "Qalatasaray"ın prezidenti Ünal Aysal ilə görüşərək, "imperator"un yenidən Türkiyə millisinə başçılıq etməsi üçün ondan icazə də istəyib. Çünki F.Terimlə İstanbul klubu arasındakı müqaviləyə əsasən, F.Terim hazırda "Qalatasaray"dan başqa hər hansı klub və ya milli komandanı çalışdıra bilməz. Ü.Aysal isə, Türkiyə futbolçunun gələcəyi naminə hər cür fədakarlığa hazır olduqlarını deyərək, F.Terimin qəbul edəcəyi təqdirdə buna müsbət yanaşacaqlarını bildirib. Türkiyə mətbuatı yazır ki, hazırda F.Terim ilə TFF rəhbərliyi arasında intensiv danışıqlara start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə