Fransanın "Evian" futbol klubunun yarımmüdafiəçisi Məhəmməd Rabinin Rusiyanın "Kuban" klubuna transferi məsələsi müsbət həll olunub. Bu barədə Siasport xəbər verir. Transferin detalları barədə məlumat verilməsə də bir müddət əvvəl mətbuatda qanalı futbolçunun Krasnodar təmsilçisi ilə dəyəri 3 milyon avro təşkil edən müqavilə bağlanması barədə xəbər verilib.
Rabi İtaliyanın "Sampdoriya" və "Udineza" klublarında çıxış edib, 2010-cu ildən "Evina"da oynayır. 23 yaşlı futbolçu keçən Fransa çempionatında 28 oyunda iştirak edib və 2 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB