“İnter” makedon futbolçunu almaq istəyir

“İnter” makedon futbolçunu almaq istəyir

Avropa Liqasındakı uğursuzluğun ardından Topaz Premyer Liqasının yeni mövsümündə də işləri yaxşı getməyən "İnter" transfer pəncərəsi bağlanana qədər heyətini iki futbolçu ilə gücləndirmək istəyir. Siasport.az xəbər verir ki, artıq "bankirlər"in almaq istədiyi bir futbolçunun kimliyi məlumdu.

Bu, makedoniyalı hücumçu İlço Naumovskidi. Futbolçu artıq ölkəmizdədir.Yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, Naumovskinin son iş yeri Avstriyanın "Mattersburg" klubu olub. 2005-ci ildən bu komandada çıxış edən hücumçu 197 oyunda 46 qol vurub. O, əvvəllər Avstriyanın "Grazer AK", Türkiyənin "Malatyaspor" və İtaliyanın "Cataniya" klublarında oynayıb. Amma İlçonun İtaliya karyerası uğursuz alınıb. Belə ki, o, "Cataniya"nın əsas heyətində debüt edə bilməyib.

Naumoski Makedoniya milli komandasının üzvüdü. 2003-cü ildən komandaya çağırılan futbolçu 45 oyunda 9 qola imza atıb.

"İnter" Naumovski ilə yanaşı daha bir futbolçu ilə danışıqlar aparır. Amma həmin futbolçunun adı hələlik açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə