"Simurq" heyətini daha bir futbolçu ilə gücləndirib. Siasportun verdiyi xəbərə görə, komanda israilli futbolçu İdan Veitzmanla bir illik rəsmi müqavilə bağlayıb. Növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq 28 yaşlı futbolçu "Simurq"un heyətində "20" nömrəli formanı geyinəcək.
Qeyd edək ki, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq İdan "Simurq"dan bundan əvvəl ölkəsində futbol həyatını davam etdirib. Onun sonunçu klubu "Bney Saxnin" olub. Bundan öncə isə "Hapoel Hayfa", "Hapoel Aşdod" və "Ramat Qan" kimi komandalarda forma geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB