“Qalatasaray” superliqaya qələbə ilə başladı

“Qalatasaray” superliqaya qələbə ilə başladı

Türkiyə Superliqasında I turun oyunları başa çatıb. Siasportun verdiyi xəbərə görə, turun son günündə 2 qarşılaşma baş tutub. Hər 2 görüşdə meydan sahibləri minimal fərqlə qaləbəyə sevinib.

Son çempion "Qalatasaray" doğma arenada "Qaziantepspor"u qarşılaşıb. Oyuna erkən qolla başlayan "Cim-Bom" meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.

"Kayserispor" isə öz meydanında "Sivasspor"u qəbul edib. Bu görüşün taleyini 1 qol həll edib.

19 avqust

"Kayserispor" – "Sivasspor"- 1:0
Sefa Yılmaz, 54

"Qalatasaray" – "Qaziantepspor" - 2:1
Sneyder, 8, Burak Yılmaz, 51-p. – Muhammed Dəmir, 75

Bütün xəbərlər Facebook səhifəmizdə