AFFA klubları cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasportun verdiyi xəbərə görə, yığıncaqda Topaz Premyer Liqasının III turunda baş verən neqativ hallara görə komitə 5 klubu cəzalandırıb.

"Neftçi" – "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 42-ci dəqiqəsində Elvin Yunuszadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, komandasını 200 manat ziyana salıb. Oyunun 8, 31 və 73-cü dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub daha 1000 manat cərimə ödəməli olacaq.

"İnter" – AZAL matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Qarabağ" – "Xəzər Lənkəran" oyununun 26-cı dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat xərcə düşüb.

AZAL-la oyunda 5 futbolçusu sarı vərəqə alan "İnter", "Sumqayıt"la görüşdə 4 üzvü xəbərdarlıq görən "Qəbələ" hərəyə 1000 manat cərimənib. Sonuncular oyunun 61-ci dəqiqəsində qırmızı vərəqə alan Vladimir Levinə görə də 200 manat ödəməli olacaq. Müdafiəçi isə 1 oyunluq kənarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə