Avqustun 28-də İspaniyanın "Barselona" və "Atletiko" klubları arasında keçiriləcək matçdan sonra tamaşaçıların rahatlığının təmin olunması məqsədilə şəhər metrosu fasiləsiz fəaliyyət göstərəcək. Siasportun verdiyi xəbərə görə, bu barədə klub rəhbərliyi şəhər meriyası ilə razılığa gələ bilib. "Mundo deportivo" qəzetinin məlumatına görə, "Barselona" klubu həmin məqsədlə 30 min avro vəsait ödəyəcək. "Barselona" şəhərinin meri Xavyer Trias əvvəlcə matçın keçirilməsi vaxtının dəyişdiriliməsi barədə tələb irəli sürsə də, "Barselona" rəhbərliyi Avropa futbol assosiasiyaları ittifaqının (UEFA) reqlamentini pozmağın mümkün olmadığını bildirdikdən sonra klub rəhbərliyinin müraciəti müsbət həll olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB