“Ayntraxt” yeni hücumçu aldı

“Ayntraxt” yeni hücumçu aldı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" növbəti transferini rəsmiləşdirib. Siasportun Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Frankfurt təmsilçisi hücum xəttini gücləndirmək məqsədilə yeni legioner futbolçu alıb.

Alman klubu çexiyalı futbolçu Vatslav Kadletslə 4 illik müqavilə imzalayıb. Bunadək yalnız Praqa "Sparta"sında çıxış edən hücumçunun transferi 3,2 milyon avroya başa gəlib.

Qeyd edək ki, 21 yaşlı hücumçu artıq Çexiyanın əsas yığmasında da qol hesabını açıb. Onun hesabında 2 oyuna 1 qol var.

Bütün xəbərlər Facebook səhifəmizdə