“Qarabağ” – “Ayntraxt” matçı polşalı hakimə tapşırıldı

“Qarabağ” – “Ayntraxt” matçı polşalı hakimə tapşırıldı

Avqustun 22-i keçiriləcək "Qarabağ" – "Ayntraxt" matçının baş hakimi müəyyənləşib. Siasportun verdiyi xəbərə görə, ağdamlıların Almaniya təmsilçisi ilə keçirəcəyi ilk matçı polşalı Şimon Marçinyak idarə edəcək. Onun köməkçılərinin adı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt" oyunu saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə