Yüngül atletika üzrə dünya çempionatına yekun vurulub

Yüngül atletika üzrə dünya çempionatına yekun vurulub

Avqustun 10-da Moskvada öz işinə başlayan Yüngül atletika üzrə XIV dünya çempionatına yekun vurulub. Siasportun verdiyi xəbərə görə, təntənəli bağlanış mərasimində Beynəlxalq Yüngül atletika assosiasiyaları federasiyasının prezidenti Lamin Diak, Rusiya Federasiyasının idman naziri V.Mutko, Ümumdünya Yüngül atletika federsiyasının prezidenti V. Balaxniçev və digər rəsmi şəxslər iştirak ediblər. Növbəti çempionat 2015-ci ildə Çində keçiriləcək.

XIV dünya çempionatının yekun cədvəli:

Rusiya - 7 qızıl, 4 gümüş, 6 bürünc

ABŞ - 6 qızıl, 13 gümüş, 6 bürünc

Yamayka - 6 qızıl, 2 gümüş, 1 bürünc

Bütün xəbərlər Facebook səhifəmizdə