Uzunluğa tullanma yarışlarında mükafatçılar bəlli olub

Uzunluğa tullanma yarışlarında mükafatçılar bəlli olub

Yüngül atletika üzrə dünya çempionatının (Moskva) avqustun 16-da keçirilən uzunluğa tullanma yarışlarında Kazan Universiadasının gümüş mükafatçısı Aleksandr Metkov 8,56 m nəticə göstərərək (5-ci cəhddə) çempionatın qızıl medalını qazanıb.

Siasportun verdiyi xəbərə görə, çempionatın gümüş medalı hollandiyalı İqnisius Qaysaya (8,29 m), bürünc medalı meksikalı Luis Riveraya qismət olub.

Dörd dəfə dünya çempionu (2003, 2005, 2009, 2011) amerikalı Duayt Filips 7,88 m nəticə göstərərək mübarizəni dayandırmağa məcbur olub.

Bütün xəbərlər Facebook səhifəmizdə