Tatyana Lisenko dünya çempionu oldu

Tatyana Lisenko dünya çempionu oldu

Yüngül atletika üzrə dünya çempionatının avqustun 16-da baş tutan qadınlar arasında çəkicatma yarışlarında Tatyana Lisenko (Rusiya) 4-cü cəhddə 78,8 m nəticə göstərərək qızıl medal qazanıb. Siasportun verdiyi xəbərə görə, Anita Vlodarçik (Polşa) 78,46 m nəticə ilə gümüş, çinli Çjan Vensyu isə 75,58 m nəticə göstərərək bürünc medala layiq görülüb.

Qeyd edək ki, çəkicatma yarışlarında ən yüksək göstərici Almaniya idmançısı Betti Xaydlerə məxsusdur (79,42 m)

Bütün xəbərlər Facebook səhifəmizdə