Türkiyə Futbol Federasiyası "Fənərbaxça" və "Beşiktaş" futbol klublarının keçmiş qolkiperi Rüştü Rəncbəri ölkə millisinə baş kordinator təyin edib. Bu barədə Siasport Anadolu xəbər agentliyinə istinadən xəbər verir.
Rüştü milli komandada ilk dəfə 1994-cü ildə Türkiyə-İslandiya oyununda meydana çıxıb. 1996, 2000, 2008-ci illərdə Avropa, 2002-ci ildə dünya birinciliyi, 2003-cü ildə isə Konfederasiya kuboku oyunlarında Türkiyə millisinin şərəfini layiqincə qoruyub. Təcrübəli futbolçu 2003-cü ildə ölkə yığmaları arasında keçirilən "ilin ən yaxşı qapıçısı" nominasiyasında 3-cü yerə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB