"Simurq"un baş məşqçisi Georgi Çixradze klubla olan müqaviləsini yeniləyib. Siasportun verdiyi xəbərə görə, 2011/12-ci il mövsümünün 24-cü turunda rəsmən "Simurq"un sükanı arxasına keçən gürcü mütəxəssis, daha iki il Zaqatala təmsilçisinə rəhbərlik edəcək.
Ötən mövsüm "Simurq"a tarixinin ikinci ən yaxşı nəticəsini qazandıran Georgi Çixradze komandamızı Premyer Liqada 43, ölkə kubokunda isə 3 qarşılaşmaya çıxarıb. Onunla rəhbərliyi altında Zaqatala təmsilçisi çempionatda 16 qələbə, 9 məğlubiyyət, 18 heç-heçə edib. Ölkə kubokunda isə, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB