Suares “Arsenal”da oynaya bilər

Suares “Arsenal”da oynaya bilər

Londonun "Arsenal" futbol klubu "Liverpul"un uruqvaylı hücumçusu Suaresin transferi üçün 51 milyon funt (təxminən 60 milyon avro) təklif edib. Bu barədə Siasport xəbər verir. "Sport directnews" agentliyinin məlumatına görə, "Arsenal"ın çalışdırıcısı Arsen Vengerin ən böyük arzusu Suaresi komandasının tərkibində görməkdir. Fransalı məşqçi "Liverpul"un belə bir məbləğdən imtina etməsinə inanmır.

Suaresin "Arsenal"a transferi rellaşarsa, o İngiltərə premyer-liqası tarixində ən bahalı futbolçu kimi yadda qalacaq.

Qeyd edək ki, "Çelsi" klubu Fernando Torresin transferinə keçən sezon "Liverpul"a 50 milyon funt ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə