Azərbaycan alpinistləri Kazbek zirvəsini fəth ediblər

Azərbaycan alpinistləri Kazbek zirvəsini fəth ediblər

Azərbaycan alpinistləri bu saatlarda Kazbek zirvəsini fəth ediblər. Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı vaxtı ilə saat 13:55-də aydın, lakin çox küləkli hava şəraitində azərbaycanlı alpinistlərimiz tam heyətlə Kazbek dağının zirvəsini (5047 m.) fəth ediblər. Meteoroloji stansiyadan zirvəyə yürüş 6 saat 30 dəqiqə çəkib. Alpinistlərimiz özlərini əla hiss edirlər. Hamıya salamlarını göndərir və enişə başlayıblar.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə AAF-ın "Nikoil bank", Dağçılıq İdman Klubu və "Qartal" klubunun üzvlərindən ibarət qrup Kazbek zirvəsinə yola düşmüşdü. Qrupa AAF prezidenti İsrafil Aşurlı rəhbərlik edib.

Kazbek zirvəsi Qafqazı iki hissəyə (Şərqi və Mərkəzi Qafqaz) bölür. Hündürlüyü 5033 metrdir.

AAF-ın "İrbis" klubunun üzvləri isə hələ avqustun10-da Kazbek zirvəsinə müvəffəqiyyətlə qalxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə