UEFA "Metallist"i cəzalandırdı, "Makkabi" birbaşa qrupa yollandı

UEFA "Metallist"i cəzalandırdı, "Makkabi" birbaşa qrupa yollandı

UEFA-nın Ukrayna "Metallist"ini cəzalandırmasından sonra, İsrail "Makkabi"si UEFA Avropa Liqasının qrup mərhələsinə adlayıb. Siasport.az saytı xəbər verir ki, ukraynalıların əvəzinə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edəcək komanda müəyyənləşib. Belə ki, III təsnifat mərhələsində Ukrayna təmsilçisinə uduzan Yunanıstanın PAOK klubu pley-offa son vəsiqəni əldə edib. Onlar bu mərhələdə Almaniya təmsilçisi "Şalke" ilə görüşəcək. İsrail "Makkabi"si isə, Avropa Liqasının pley-off mərhələsində PAOK-la qarşılaşmalı idi. Yunanıstanlıların digər yarışa keçirilməsi isə, "Makkabi"ni birbaşa qrupa göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə