KMPG auditor kampaniyasının apardığı maliyyə yoxlamaları zamanı Valensiya klubunun borc öhdəliklərinin 275 milyon 700 min avro təşkil etdiyi məlum olub. Siasportun verdiyi xəbərə görə, klub rəhbərliyi klubun iqtisadi durumunun stabil olduğunu, borcların isə hissə-hissə ödənildiyini bildirib.
2008-ci ildən indiyə kimi "Valensiya" borc öhdəliklərini 66 milyon azalda bilib, 2016-cı ildə isə tamamilə yerinə yetirə biləcək. Klub rəsmisi bunu əsasən futbolçularının digər komandalara satılması hesabına yerinə yetirmək fikrindədir.
Xatırladaq ki, bu ilin yayında Roberto Soldado "Tottenhem"ə, Nelson Valdes isə "Əl-Cəzirə"yə satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB