Kanales rəsmən "Kolo Kolo"da!
"Neftçi"nin sabiq forvardı Nikolas Kanalesin çıxış edəcəyi yeni klub artıq rəsmən müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, ötən mövsüm Premyer Liqanın bombardiri olmuş futbolçu "Kolo-Kolo"ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün əvvəl onun sabiq klubuna – "Universidad de Çili"yə dönəcəyi deilsə də, forvard "Kolo-Kolo" ilə müqavilə bağlayıb. Qeyd edək ki, "Neftçi"yə Çili çempionatından gələn Kanales ötən mövsüm 26 qolla Premyer Liqanın bombardiri olmuş, həmçinin avrokuboklarda 3 qol vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə