Madridin "Atletiko" klubu Dieqo Kosto ilə 2010-cu ildə bağlanmış müqavilənin daha 5 il müddətinə uzadılması barədə razılığa gəlib. Siasportun verdiyi xəbərə görə, bu barədə "Atletiko"nun rəsmi saytı məlumat verib. Hücumçuya ödəniləcək əmək haqqının məbləği barədə informasiya verilmir. 24 yaşlı Braziliyalı futbolçu 2010-cu ildə "Atletiko"nun heyətinə daxil edilib. 2011-2012-ci mövsümündə icarə əsasında "Rayo Valyekano"da oynayıb.
Qeyd edək ki, futbolçu keçən sezonda 44 matçda iştirak edib və 20 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB