"Zenit" (S. Peterburq) klubunun sözçüsü Braziliyanın "İnternasional" klubunun hücumçusu Leonardo Damianunun transferi üçün 25 milyon avro ödəməyə hazır olduqlarını bildirib. Siasportun verdiyi xəbərə görə, "Folha de Sao Paolo" agentliyi təklif olunan məbləğin "İnternasional"ı qane etdiyi barədə məlumat verib. Lakin futbolçunun illik 6 milyon avro məbləğində əmək haqqı tələb etməsi transferin reallaşmasına mane olur.
Xatırladaq ki, "Zenit"dən əvvəl "Napoli", "Tottenhem" və "Sauthempton" klubları da Leonardonun transferi ilə bağlı "İnternasional"a müraciət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB