UEFA-dan "Qarabağ"a sürpriz...

UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 29-da "Ayntraxt"la "Qarabağ" arasında Frankfurtda baş tutacaq cavab oyununun başlama saatında dəyişiklik edib. Bu barədə Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, Almaniya təmsilçisi ilə görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, yerli vaxtla saat 21.05-də deyil, 20.30-da (Bakı vaxtı ilə saat 23.30) başlanacaq. Xatırladaq ki, bu komandaların Bakıdakı ilk oyunu isə avqustun 22-si, saat 21.00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə