İngiltərənin "Vest Bromviç" futbol klubu daha bir transfer həyata keçirməklə heyətini bir qədər də gücləndirib. Siasport.az saytı xəbər verir ki, ingilis futbol klubu, İtaliyanın "Udenize" futbol klubunda çıxış edən çexiyalı Matyaj Vydrayı mövsümün sonuna qədər icarə əsasında heyətinə daxil edib. Bu barədə ingilis klubunun rəsmi saytı açıqlama yayıb. 21 yaşlı futbolçu həm də futbol üzrə Çexiya millisinin əsas heyət futbolçusudur. O, milli komandada 7 dəfə meydana çıxaraq 2 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB