"Liverpul"un futbolçusu "Vest Hem"ə keçdi

"Liverpul"un futbolçusu "Vest Hem"ə keçdi

"Liverpul"un futbolçusu Stevart Dovninq komandasını dəyişərək, yeni mövsümdə "Vest Hem"də çıxış edəcək. Siasport.az saytı xəbər verir ki, futbol üzrə İngiltərə millisinin də əsas futbolçularından sayılan S.Dovninq, yeni komandası ilə 4 illik müqavilə imzalayıb. Bu barədə xəbəri "Vest Hem"in rəsmi saytı elan edib. 29 yaşlı futbolçu futbol üzrə İngiltərə millisinin heyətində 34 dəfə meydana çıxıb. 29 yaşlı futbolçu keçən mövsüm "Liverpul"un heyətində 9 məhsuldar ötürmə edib və 5 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə