AFFA klublara yenə cəza "yağdırdı"

AFFA klublara yenə cəza "yağdırdı"
AFFA İntizam Komitəsi yenə klubları cəzalandırıb. Siasport.az saytı xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 2-ci turunun oyunları ilə bağlı qərarlar qəbul edib. Belə ki, "Qəbələ" – "İnter" matçında "Qəbələ"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat, "Xəzər Lənkəran" – "Simurq" matçında "Xəzər Lənkəran"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat və "Qarabağ" – "Sumqayıt" matçının 53-cü dəqiqəsində "Qarabağ"ın futbolçusu Fərid Baxışov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə