Alpinistlərimiz yeni ekspedisiyada: daha bir zirvə fəth edilir

Alpinistlərimiz yeni ekspedisiyada: daha bir zirvə fəth edilir

Azərbaycan dağçılarının təlim-məşq toplantıları davam edir. Növbəti yürüş Kazbek zirvəsinədir. Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, AAF-ın "Nikoil bank", Dağçılıq İdman Klubu və "Qartal" klubunun üzvlərindən ibarət qrup Kazbek zirvəsinə yola düşüb. Qrupa AAF prezidenti İsrafil Aşurlı rəhbərlik edir.

Qeyd edək ki, Kazbek zirvəsi Qafqazı iki hissəyə (Şərqi və Mərkəzi Qafqaz) bölür. Hündürlüyü 5033 metrdir.

Məlumat üçün bildirək ki, AAF-ın "İrbis" klubunun üzvləri bir neçə gün öncə - avqustun 10-da Kazbek zirvəsinə müvəffəqiyyətlə qalxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə