Yuri Syomin Qəbələni tərk edib Moskvaya getdi

Yuri Syomin Qəbələni tərk edib Moskvaya getdi
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin komanda üzvlərinə istirahət verib. Siasport.az saytı xəbər verir ki, rusiyalı mütəxəssis Topaz Premyer Liqasının "İnter"lə oyunundan (3:2) sonra futbolçulara iki günlüyə buraxıb. Bu fürsətdən istifadə edən Syomin özü də Moskvaya yollanıb. O, ailəsinə baş çəkdikdən sonra yenidən Azərbaycana qayıdacaq. Qeyd edək ki, bölgə təmsilçisi sabah yenidən bir araya gələcək. Komanda Syominin rəhbərliyi altında 3-cü turun "Sumqayıt"la oyununun hazırlıqlarına start verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə