Beynəlxalq Güləş Federasiyası (FİLA) yunan – roma güləşi üzrə ən ağır çəki dərəcəsində 2012 – ci il olimpiadasının bürünc mükafatçısı türkiyəli Riza Qayaalpın 6 ay müddətə beynəlxalq səviyyəli bütün turnirlərdə iştirakına qadağa tətbiq edib. Siasportun verdiyi xəbərə görə, bu barədə Rusiya Güləş Federasiyasının vitse prezidenti Q. Bryusov məlumat verib. Bryusovun sözlərinə görə, Türkiyə idmançısı Twitterdə erməni və yunanları nalayiq sözlərlə təhqir edərək Türkiyədə keçirilən hökumət əleyhinə nümayişlərin təşkil olunmasında məhz onların əli olduğunu bildirib. FİLA dərhal iclas çağıraraq idmançını irqlərarası ayrıseçkilikdə günahlandıraraq belə qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB