"Liverpul"un futbolçusu "Barselona"ya keçir?

"Liverpul"un futbolçusu "Barselona"ya keçir?

İspaniyanın "Barselona" klubu daha bir transferi reallaşdırmaq üçün hərəkətə keçib. Siasport.az saytı Türkiyənin "NTV Spor" saytına istinadən xəbər verir ki, katalon klubu heyətini daha da gücləndirmək üçün "Liverpul"da çıxış edən Daniel Aggeri heyətinə cəlb etmək istəyir. Belə ki, artıq 6 ildir ki, "Liverpul"da çıxış edən danimarkalı futbolçu, öz oyun ustalığı ilə "Barselona" menecerlərinin də diqqət mərkəzinə düşüb. İngilis mətbuatının yazdığına görə, "Barselona" danimarkalı futbolçu üçün ingilis klubuna rəsmi təklib göndərib. Bu barədə "Guardian" qəzetinə açıqlamasında 28 yaşlı futbolçunun meneceri də xəbəri təsdiqləyib. Lakin o blldirib ki, D.Aggerinin "Liverpul" ilə daha 3 illik müqaviləsi olduğu üçün futbolçunun "Barselona"ya keçidi ilk əvvəl iki klub arasında həll olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə