Burak Yılmazla Fatih Terim arasında "soyuq müharibə" başlayıb?

Burak Yılmazla Fatih Terim arasında "soyuq müharibə" başlayıb?

Türkiyə Superkuboku qarşılaşmasında əsas heyətdə meydana çıxmayan Burak Yılmazla, baş məşqçi Fatih Terim arasında "soyuq müharibə" başlayıb. Siasport.az saytı xəvbər verir ki, keçən mövsüm UEFA Çempionlar Liqasının bombardirlərindən sayılan B. Yılmazın "imperator" tərəfindən Superkubok qarşılaşmasında meydana buraxılmaması, bu futbolçunun "Qalatasaray"dan gedəcəyi ilə bağlı iddiaları da yüksəldib. Belə ki, bir çox futbol şərhçiləri artıq B.Yılmazın F.Terimlə gərgin münasibətlərdə olduğunu, ulduz futbolçunun "Qalatasaray"ı tərk edərək Avropa klublarına keçmək üçün qərar qəbul etdiyini dilə gətirirlər. Onlar bunu, F.Terimin artıq B.Yılmaza deyil, Uesli Sneyderə daha çox şans verməyə başlaması ilə əlaqələndirirlər. B.Yılmazı baş məqşçidən narazı salan məqam isə, "imperator"un ona deyil, hollandiyalıya isti münasibət göstərməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə