Sandra Perkoviç dünya çempionu titulunu qazandı

Sandra Perkoviç dünya çempionu titulunu qazandı

Olimpiya və Avropa çempionu xorvatiyalı Sandra Perkoviç dünya çempionatının 2 – ci günündə keçirilən diskatma yarışlarında 67,99 m nəticə göstərərək dünya çempionu adını qazanıb. Siasportun verdiyi xəbərə görə, fransalı atlet Melina Rober – Mişon 66,28 m nəticə ilə gümüş, kubalı Yarelis Barrios isə 64, 96 m nəticə ilə bürünc medal qazanıb. Yarışmadan sonra S. Perkoviç jurnalistlərin suallarına cavab verərkən: "Gözlənilmədən yağan yağış müəyyən çətinliklər yaratsa da, çempion olmağıma mane ola bilmədi. Püşkatma zamanı hər cəhddə birinci çıxış etməyim əsəblərimə təsir etsə də, istəyimə nail oldum", – deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə