Yüngül atletika üzrə dünya çempionatı davam edir

Yüngül atletika üzrə dünya çempionatı davam edir

Amerikalı Eşton İton Moskvada keçirilən dünya çempionatının 10 növçülük yarışlarında 8809 xal toplayaraq qızıl medal qazanıb. Siasportun verdiyi xəbərə görə, almaniyalı Mixael Şrader 8670 xalla 2-ci yerdə, kanadalı Demyen Uorner 8512 xalla yarışmanı 3 - cü yerdə başa vurub.

Uzunluğa tullanma yarışlarında isə amerikalı Britni Riise 7.01 m nəticə göstərərək, çempionatın qızıl medalına layiq görülüb. Nigeriyalı Bles-Sinq Okaqbare 6.99 m nəticə ilə 2-ci, serbiyalı İvana Spanoviç 6.82 m nəticə göstərərək, 3-cü yerlə kifayətlənib. Çempionata ev sahibliyi edən Rusiya idmançıları - Olqa Kuçerenko (6.81 m), Darya Klişina (6.76 m), Yelena Sokolova (6.65 m) medalçılar sırasına düşə bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə