Xorvatiyadan yeni transfer

Xorvatiyanın kontinental xokkey liqasının "Medveşçak" klubu ilə kanadalı Stiv Montador arasında transfer müqaviləsi imzalanıb.

Siasportun verdiyi xəbərə görə, bu barədə komandanın rəsmi saytı məlumat verib.

Montador 10 il milli xokkey liqasında (NXL) çıxış edib. 2011-2012 il sezonunda aldığı zədəyə görə uzun müddət müalicə olunub. Xorvatiya klubunun idman direktoru Aaron Foks onun müdafiə xəttində oynayacağı barədə açıqlama verib. İdmançının 7-10 gün ərzində kluba gəlməsi gözlənilir. 33 yaşlı kanadalı pley-off oyunları da daxil olmaqla NXL-də 614 matçda iştirak edib. Keçən sezon isə Amerika xokkey liqasının "Rokford Aysxoqs" klubunun şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə