İspaniyalı Rafael Nadal Monrealda keçirilən tennis turnirində serbiyalı Novak Cokoviçə qalib gəlib - 6:4, 3:6, 7:6 /7:2/.
Siasportun verdiyi xəbərə görə, bu, idmançılar arasında keçirilən sayca 36-cı görüş olub. Nadal görüşlərin 21-dən qələbə ilə ayrılıb.
İspaniyalı idmançı finalda kanadalı Miloş Rauniçlə qarşılaşacaq. Rauniç də həmin gün öz həmyerlisi ilə görüşü qələbə ilə başa çatdırıb. 6:4, 1:6, 7:6 /7:4/. Qeyd edək ki, turnirin mükafat fondu 3.49 milyon dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB