Fransa çempionatının II liqasında mübarizə aparan həmyerlimiz Hafiz Məmmədovun komandası olan "Lans" II tur matçına çıxıb.
Siasportun Sportinfo.Az saytına istinadən verdiyi məlumata görə, ilk turda evdə "Bastia"nı 1:0 hesabı ilə məğlub edən "Lans" II turda "Dijon"un qonağı olub.
"Land of fire Azerbaijan" formalı komanda hesabda geri düşsə də, bərabərlik qolunu vura bilib - 1:1.
Beləliklə, bir xal qazanan Məmmədovun komandası xal ehtiyatını 4-ə yüksəldib. İki turdan sonra komanda turnir cədvəlində altıncı pillədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB