Bu gün Superkubokun qalibi bəlli olacaq

Bu gün Superkubokun qalibi bəlli olacaq

Bu gün Türkiyə Superkubokunun qalibi bəlli olacaq. Siasport.az saytının məlumatına görə, final matçı "Qalatasaray" -"Fənərbaxça" arasında oynanılacaq.

Oyundan qabaq "Qalatasaray"ın baş məşqçisi Fatih Tərim cəzalı olduğu üçün onun köməkçisi Ümit Davala matç haqqında öz fikirlərini bölüşüb: "Biz bura kuboku almağa gəlmişik. Artıq iki ildir ki, çempion oluruq. Çempionluq və Superkuboku komandamız üçün vərdiş halına gətirmək istəyirik. Bu oyuna və mövsümə çox ciddi hazırlaşmışıq. Hədəfimiz bu matçı ən yaxşı halda tamamlamaqdır".

Bu möhtəşəm qarşılaşmanı Bülənt İldırım idarə edəcək.

Qeyd edək ki, artıq iki komandanın da start heyəti bəlli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə