WADA – nın prezidentlik postuna Rudinin namizədliyi qeydə alındı

WADA – nın prezidentlik postuna Rudinin namizədliyi qeydə alındı

Beynəlxalq Olimpiya Komitəsi dünən keçirilən iclasda Ümumdünya Antidopinq agentliyinin (WADA) preziednti postuna daha bir namizədin müraciətini müzakirə edib. Siasportun məlumatına görə, həmin şəxs Beynəlxalq Olimpiya Komitəsinin hazırki vitse – prezidenti, 72 yaşlı Kreyqa Rudidir. Rudidən əvvəl prezidentliyə iki namizəd – Beynəlxalq Olimpiya Komitəsinin tibbi məsələlər üzrə keçmiş direktoru Patrik Şamaş və ikiqat olimpiya çempionu Edvin Mozes qeydiyyatdan keçiblər. Prezident seçkilərinin bu ilin noyabrında Yohannesburqda (CAR) keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, WADA – nın indiki prezidenti avstraliyalı Con Feyxe növbəti dəfə seçkilərdə iştirak etmək istəmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə