Nuqayev növbəti qələbəsini qazandı

Nuqayev növbəti qələbəsini qazandı

Rusiyalı Rüstəm Nuqayev Kabason şəhərində (ABŞ) keçirilən boks yarışmasında amerikalı Xose Ernandesə qalib gəlib. Siasportun verdiyi xəbərə görə, 10 raunddan ibarət görüşün 5 – ci raundunda ağır zədə alan Ernandesi yalnız məşqçilərin köməyilə rinqdən uzaqlaşdırmaq mümkün olub. İndiyə qədər Nuqayevin hesabında 25 qələbə (15 nokaut), 6 məğlubiyyət, 1 heç – heçə, Ernandesin hesabında isə 14 qələbə (6 nokaut), 7 məğlubiyyət, 1 heç – heçə qeydə alınıb.

Çəkisi 61,23 kq olan Nuqayev Ümumdünya Boks Assosiasiyasının reytinq cədvəlində 9 – cu yerdə qərarlaşıb. Axırıncı 3 görüşünü ABŞ – da keçirən idmançı hər üçünü nokautla başa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə