"Simurq" bu gün daha bir futbolçunu heyətinə qatıb. Siasport Azerisport.az - saytına istinadən xəbər verir ki, klubda baxışda olmuş serbiyalı hücumçu Draqan Çeran Zaqatala klubu ilə 1 illik müqavilə bağlayıb.
26 yaşlı futbolçu "Simurq"un heyətində "11" nömərli formayla mübarizə aparacaq.
"Simurq" bundan öncə bu "transfer pəncərəsi"ndə qapıçı Pavel Kapsa, yarımmüdafiəçilər Patrik Osiako və Raul Kostin, hücumçu Salif Ballo ilə rəsmi müqavilə imzalayıb. Ötən mövsüm Zaqatala təmsilçisininin heyətində mübarizə aparan Anderson Oliveyra, Dilaver Zrnanoviç, Stepan Polyakın isə müqavilələrinin müddəti daha bir il artırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB